Putinin bu şəklindən istifadə onlara 36 min dollara başa gəldi

07:38 - 26 Noyabr 2021

Putinin bu şəklindən istifadə onlara 36 min dollara başa gəldi

Gürcüstanın Rabitə Komissiyası Rusiya Prezidenti Vladimir Putinin təsvirinin hakim “Gürcü arzusu” partiyasının nümayəndələrinin fotoşəkillərindən ibarət olduğu videoçarxa salınmasına görə müxalif “Mtavari Arkhi” televiziya şirkətini 111,9 min lari (təxminən 36 min dollar) cərimələyib.

 

Manşet.az xəbər verir ki, bu barədə teleşirkət məlumat yayıb. 

“Komissiya “Utanc” qeyri-hökumət təşkilatı tərəfindən hazırlanmış və Putinin fotosunun “Gürcü arzusu”nun üzvlərinin fotoşəkilləri ilə birgə yer aldığı videoçarxın yayımına görə sanksiya tətbiq edib”, - telekanalın bəyanatında deyilir. 

Bundan əlavə, bəyanatda deyilir ki, telekanal Gürcüstanın hazırkı hökumət üzvlərinin Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin “qatilləri” olduğunu bildirən videogörüntüyə görə cərimələnib.

 


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin