Mehriban Əliyevadan Od çərşənbəsi ilə bağlı PAYLAŞIM
5 Mart 2025
22:50 - 4 Mart 2025
ABŞ tərəfindən Ukraynaya göndərilən silah və texnika ehtiyatları yaxın iki-üç ay ərzində tükənə bilər.
Manset.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu "Financial Times" qəzeti Ukrayna kəşfiyyatındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.
Daha öncə bəzi KİV-lər Ukraynanın ən az altı ay döyüşə davam edəcək ehtiyatlarının olduğunu bildirib.
"Bundan sonra bizim üçün çox çətin olacaq. Bu, tam kollaps olmasa da, geri çəkilmə sürətimiz artacaq", – deyə Ukrayna kəşfiyyatındakı mənbə qeyd edib.
Məsələ ilə bağlı Karnegi Fondunun hərbi analitiki Maykl Kofman da yaxın aylarda vəziyyətin daha da kritikləşəcəyini vurğulayıb.
"İki ay ərzində biz ciddi nəticələrini görməyə başlayacağıq. İlk növbədə bu, Ukraynanın dəqiq zərbələr endirmək qabiliyyətinə təsir göstərəcək", – deyə Kofman qeyd edib.
Ukraynalı hərbi ekspert Pavel Narojnıy isə bildirib ki, söhbət HIMARS reaktiv yaylım atəşi sistemindən gedir. Onun sözlərinə görə, Ukraynanın bu sistemə real alternativi yoxdur. Hərçənd Britaniya və Fransanın Ukraynaya göndərdiyi "Storm Shadow/SCALP" qanadlı raketləri mövcuddur, ancaq onların sürəti daha aşağıdır və vurulma ehtimalı daha yüksəkdir.
Qeyd edək ki, Ukrayna ordusu üçün ABŞ-ın silah yardımları həlledici əhəmiyyət daşıyır. Əgər bu təchizat dayansa və ya azalarsa, bu, cəbhə xəttində ciddi dəyişikliklərə səbəb ola bilər. ABŞ Konqresində yeni silah yardımı paketinin təsdiqlənməsi ilə bağlı qeyri-müəyyənlik davam edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin