Mehriban Əliyevadan Od çərşənbəsi ilə bağlı PAYLAŞIM
5 Mart 2025
22:25 - 4 Mart 2025
Ombudsmanın 2024-cü il üzrə məruzəsində bildirilib ki, əgər tələbə xəstəlik, karantin və ya digər səbəblərdən fənn üzrə auditoriya saatlarının 25%-dən çoxunda iştirak edə bilmirsə, müvafiq tibbi arayışla imtahanlara buraxılmalıdır.
Bəs universitet tələbələrinin hazırda bu cəhətdən hansı çətinlikləri var?
Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, təhsil eksperti Vüsal Kərimlin bildirib ki, əgər tələbənin əlavə dərsə gəlmək imkanı yoxdursa, səhhəti ilə əlaqədar və ya müəyyən dövlət tədbirlərinə qatılmalı olduğu üçün onun iştirak etmədiyi dərslər üzrlü hesab edilə bilər.
Onun sözlərinə görə, tələbələrin ən çox çətinlik çəkdikləri məsələlərdən biri bir və ya iki günlük xəstələliklərlə bağlıdır:
“Bəzi tələbələr poliklinikalarda qeydiyyatda olduqları halda sənəd əldə etməkdə çətinlik çəkirlər, yaxud mövsümi xəstəliklərə görə arayış təqdim edilmir və tələbələr bu halda qayıb limitini keçə bilirlər”.
V.Kərimli qeyd edib ki, dünyanın bir çox universitetlərində dərs buraxma limiti tətbiq edilir:
“Bunun əsas məqsədi tədrisin keyfiyyətli təşkil edilməsi, tələbənin auditoriyada olması və müəllimlərin verdiyi məlumatları əldə etməsidir. Hətta bəzən "tələbə sərbəst olmalıdır" deyirlər. Doğrudur, bəzi fənnlərdə sərbəst olması mümkündür, amma bu, fənnə görə dəyişir. Qeyri-ixtisas fənnləri üçün dərs buraxma limiti tətbiq edilməyə bilər. Ancaq ixtisas fənləri üzrə bu, daha çox vacibdir və həmin fənlərdə qayda-qanunlara riayət edilməlidir”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin