Hikmət Hacıyev Fələstin səfirini qəbul etdi

18:33 - 4 Mart 2025

Hikmət Hacıyev Fələstin səfirini qəbul etdi

Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasser Abdul Kərim ilə Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə vida görüşü baş tutub.

 

Manset.az xəbər verir ki, bu barədə Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Səfir Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar göstərilən səmimi qəbula görə H.Hacıyevə öz təşəkkürünü bildirib.

Görüş zamanı həmçinin iki dost ölkə, Fələstin və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və gələcək perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb.


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin