İlham Əliyev sabah Türkiyəyə gedəcək
4 Mart 2025
18:30 - 4 Mart 2025
İsveçrə hakimiyyəti Avropa İttifaqının oxşar qərarından sonra Rusiyaya qarşı sanksiyaları genişləndirmək qərarına gəlib.
Manset.az xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasının saytında məlumat verilib.
“Sanksiya məsələlərində səlahiyyətli Federal İqtisadiyyat, Təhsil və Araşdırma Departamenti (DEFR) Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib. Beləliklə, İsveçrə Aİ-nin qəbul etdiyi düzəlişləri qəbul edib. Tədbirlər 4 mart 2025-ci ildə qüvvəyə minəcək”, - məlumatda deyilir.
Söhbət İsveçrədəki aktivləri dondurulacaq və fiziki şəxslərin İsveçrə ərazisinə səfərinə və ya tranzit keçməsinə qadağa qoyulacaq 48 fiziki şəxs və 35 şirkətdən ibarət siyahıdan gedir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin