“Qadınlara şiddətlə bağlı görüləsi işlərimiz çoxdur" - Elşad Hacıyev

01:06 - 26 Noyabr 2021

“Qadınlara şiddətlə bağlı görüləsi işlərimiz çoxdur

“Qadınlara şiddətlə bağlı görüləsi işlərimiz çoxdur".

Manset.az-ın məlumatına görə, bunu “Qadına şiddətə son” adlı tədbirdə Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, cari ildə 102 zəng mərkəzinə məişət zorakılığı ilə bağlı 7 min 647 şikayət olub: " Qadınların ərləri tərəfindən 4052 döyülmə hadisəsi qeydə alınıb.  İnzibati xətalar məcəlləsinin 39-cu maddəsininə əsasən, bu səpkidə olan 1807 işə xitam verilib. 4647 ailə profilaktik uçota götürülüb".

Din sözçüsü vurğulayıb ki, ailə, cəmiyyət dəyərlərinə mühafizəkar prinsiplə yanaşmalıyıq.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin