Region Liqasında yeni mövsümün püşkü atıldı

18:20 - 4 Mart 2025

Region Liqasında yeni mövsümün püşkü atıldı

AFFA Region Liqasında yeni mövsümün püşkü atılıb.

 

Manset.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, liqanın oyunları 4 regionu əhatə edəcək - Paytaxt və Şimal, Mərkəz, Şimal-Qərb və Qərb, Cənub. Ümumilikdə 54 komandanın mübarizə aparacağı yarışda ilk oyunlar martın 8-9-da keçiriləcək. Mövsümə mayın sonlarında yekun vurulacaq.

Püşkün nəticəsinə uyğun olaraq, I turda keçiriləcək oyunların təqvimi aşağıdakı kimidir:

Paytaxt və Şimal zonası

A qrupu, I tur

ŞKGB – “Şirvanovka” FK

“Gənclər PFM – “Lokomotiv Baku”

“Ramana” FK – ATİDEL PFK

“Record Club” – “İnşaatçı” PİK

B qrupu, I tur

“Cəngi” FK – “City Baku” FK

“Xanlıq” – “Əmirli” FK

“Çinar Zəngilan” FK – “Dirçəliş” FK

C qrupu, I tur

“Mübariz” FA – “Xudat City” FA

“Bayıl Rovers” – “Qaradağ Şıxlar” FK

İCBFA – “Gənclik” İK

Mərkəz zonası

D qrupu, I tur

“Ümid” FK – “Marafon” İK

“Bahar” (Beyləqan) – “Avşar” FK

“Hacıqabul” – “Şirvan OİK”

E qrupu, I tur

“Araz” (İmişli) – “Sabirabad” FK

“Xankəndi” FK – “Lokomotiv İmişli”

“Şirvan” FK – “Mil” FK

Cənub zonası

F qrupu, I tur

“Zəfər-44” – “Biləsuvar” FK

“Ərkivan” (Masallı) – “Salyan OİK”

“Qobustan” FK – “Masallı” PFK

“Lənkəran” FK – “Neftçala” FK

Şimal-Qərb və Qərb zonası

G qrupu, I tur

“Balakən” FK – “Tərtər” FK

“Bərdə” FK – “Kürmük” (Qax)

“Ağstafa Gəncləri” – “Xocalı” PFK

H qrupu, I tur

“Goranboy OİK” – “Naftalan” FK

“Qax” FK – “VT Gəncə”.


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin