İlham Əliyev sabah Türkiyəyə gedəcək
4 Mart 2025
17:06 - 4 Mart 2025
Böyük Britaniyanın baş naziri Key Starmer martın 3-ü axşam saatlarında ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, Britaniya baş nazirinin sözçüsü Starmerin ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırmaq qərarı ilə bağlı xəbərdar edilib-edilmədiyini söyləməkdən imtina edib.
"Baş nazir və prezident Tramp eyni nəticəyə - Ukraynada təhlükəsiz və davamlı sülhə sadiqdirlər".
Qeyd edək ki, Martın 2-də Key Starmer Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng edərək, liderlərin Ağ Evdəki mübahisəsindən sonra onu Donald Trampla münasibətləri yaxşılaşdırmağa inandırmağa çalışıb. Böyük Britaniyanın baş naziri daha sonra Amerika prezidentinə zəng edib, lakin o, danışıqları bərpa etməzdən əvvəl gərginliyin səviyyəsini azaltmağın lazım olduğunu deyib.
Britaniya Fransa ilə birlikdə atəşkəsdən sonra Ukraynada sülhməramlı kontingentin yerləşdirilməsini təklif edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin