"Siyavuş Novruzov faktları təhrif edir": Mirşahindən sərt tənqid - VİDEO
28 Noyabr 2024
00:42 - 26 Noyabr 2021
“Yadların mənimlə nə işi var, hamısı məni çox istəyir. Ünvanıma ittihamları Rəmişin qardaşı səsləndirib. Qardaşının, qızının Rəmişin nə xəstəliyindən, nə də ölümündən xəbərləri oldu. Heç dəfninə də gəlmədilər”.
Manset.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında mərhum gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü Hüseynova deyib. O, Rəmişin qardaşının onun ünvanına səsləndirdiyi ittihamların əsassız olduğunu bildirib:
“Qaldı ki, bizə bu mənzili möhtərəm Prezidentimiz verib. Allah onu, Mehriban xanımı qorusun. Ömrüm onlara qurban olsun. Ondan sonra da Rəmiş sənəd üzərində evi mənə hədiyyə edib. Evi də heç kəsə verəsi deyiləm. Ondan başqa mənim nəyim var ki, heç nəyim yoxdur. Bir Rəmişim var idi, o da mənim üçün bir qeyrətli, kişi adı qoyub getdi. O, məndən ötrü dünyada hər bir naz-nemətdən üstündür. Ondan sonra məndən nə istəyirlər... Bunlar atanı, qardaşı saymayan adamlardılar. Məni yox, özlərini biabır edirlər. Xalq məni tanıyır, hamı gördü Rəmişi necə istəmişəm, ona necə baxmışam. Halal-halal xoşu olsun, borcum idi. Mənim ailəm, başımın tacı idi”.
G.Hüseynova bundan sonra onu hədələyən şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirib:
“Heç kimlə işim yoxdur. Kimin də mənimlə işi olsa, adımı saytlarda, efirlərdə hallandırsa, onlar məhkəmə qarşısında cavab verməli olacaqlar. Mən tək deyiləm, yetiməm, amma qardaşlarım var. Odur ki, Allahdan başqa heç kimdən qorxmuram. Xalqım arxamdadır, onlar məni çox istəyir. Gözəl dövlətim, hökumətim, hüquq-mühafizə orqanlarımız var. Ona görə mən dövlətimizə arxalanıram. Sizlər də çox sağ olun ki, mənimlə maraqlanırsınız”.
Qeyd edək ki, Rəmişin qardaşı Vaqif Hüseynov efirdə çıxışı zamanı Gülünü hədələyərək, ünvanına sərt ittihamlar səsləndirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin