Azərbaycanın məşhur futbolçusu xanımına lüks avtomobil hədiyyə etdi - FOTOLAR
4 Mart 2025
12:35 - 4 Mart 2025
Oruc tutarkən yeməklərə diqqət etmək olduqca vacibdir. Çünki bu dövrdə oruc tutan insanların həm bədən, həm də ruhi sağlamlığını qorumaq üçün düzgün qidalanma xüsusi əhəmiyyət kəsb edir. Ramazanda düzgün və balanslı qidalanmaq, həm fiziki, həm də ruhi sağlamlıq üçün böyük əhəmiyyət daşıyır. Bəs, iftar zamanı nələrə diqqət etməliyik?
Mövzu ilə bağlı Manset.az-a danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, Ramazan ayında oruc tutarkən, xüsusilə iftar vaxtı qidaları qəbul edərkən tələsməmək və yavaş-yavaş yemək daha məsləhətdir:
"İlk növbədə, çoxda şirin olmayan meyvə şirəsi ilə başlamaq ən uyğun seçimdir. Ardınca, xurma yemədən əvvəl bir qədər su içmək və qısa bir ara vermək faydalıdır. Daha sonra süd, qatıq və ya şorba qəbul etmək məsləhətdir, çünki bu, uzun müddət ac qalan mədədə yeməklərin daha asan həzm olunmasına və ağırlıq hissinin yaranmamasına kömək edir. Tərəvəz və meyvələrdən hazırlanan yüngül salatlar da qəbul edilə bilər, çünki onlar vitamin və mineral baxımından zəngindir. Asan həzm olunan protein qaynaqları olan ət məhsulları, məsələn, balıq və toyuq da ideal seçimdir. Çünki bunlar daha tez həzm olunur".
Məhsəti Hüseynova qeyd edib ki, iftar zamanı mütləq qaçınılması gərəkən qidalar arasında çox yağlı və ağır yeməklər, xüsusilə qızartmalar yer alır:
"Bu cür qidalar həddindən artıq kalori ilə mədənin ağırlaşmasına səbəb ola bilər və həzm problemləri yarada bilər. Həmçinin, şirin və qazlı içkilər tövsiyə edilmir, çünki bunlar qanda şəkər səviyyəsinin sürətli yüksəlməsinə və sonradan sürətlə enməsinə səbəb ola bilər".
Seyranə Quliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin