Yaponiyada meşə yanğınları davam edir

11:53 - 4 Mart 2025

Yaponiyada meşə yanğınları davam edir

Yaponiyanın İvate prefekturasının Ofunato şəhərində fevralın 26-da başlayan meşə yanğını hələdə davam edir.

 

Manset.az-ın məlumatına görə, yanğın 2600 hektar əraziyə ziyan vurub. Bildirilib ki, yanğın zamanı 1 nəfər həlak olub. 1215 nəfər təxliyə məntəqələrində, 2726 nəfər isə otellərdə və qohumlarının evlərində məskunlaşıb.

Təxliyyə xəbərdarlığının verildiyi bölgədə havadan və qurudan yanğının söndürülməsi davam edir.

 Ən azı 84 tikilinin zərər gördüyü açıqlanıb. Bildirilib ki, alov nəzarət altına alındıqdan sonra dəymiş ziyanın həcminin artacağı gözlənilir. 


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin