Rəşad Nəbiyeva yeni müavin təyin edildi - FOTO
4 Mart 2025
10:47 - 4 Mart 2025
Çin ABŞ prezidenti Donald Trampın tarif siyasətinə cavab olaraq martın 10-dan etibarən Amerikanın kənd təsərrüfatı məhsullarına 10-15% əlavə rüsumlar tətbiq edəcək.
Manset.az-ın əldə etdiyi xəbərə görə, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
ABŞ-dən toyuq, buğda, qarğıdalı və pambığa 15% əlavə rüsum tətbiq olunacaq. Sorqo, soya, donuz əti, mal əti, su məhsulları, meyvə, tərəvəz və süd məhsullarına 10% əlavə rüsumlar tətbiq edilir.
Çin həmçinin ölkənin təhlükəsizliyini və maraqlarını qorumaq üçün 15 ABŞ şirkətini ixrac nəzarəti siyahısına əlavə edib.
Nazirlik sanksiya siyahısına daxil edilən 15 qurumun “Çinin milli təhlükəsizliyi və maraqları üçün təhdid yaratdığını” bildirib. Çin tədarükçülərinin təyin olunmuş ABŞ şirkətlərinə ikili istifadəli əşyalar satması qadağandır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin