Nazirlik əhaliyə MÜRACİƏT ETDİ
4 Mart 2025
00:50 - 4 Mart 2025
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər PKK terrorçularına xəbərdarlıq edib.
Manset.az xəbər verir ki, o, bu barədə şəhid ailələri və qazilərlə iftar proqramında çıxışı zamanı deyib.
O xatırladıb ki, fevralın 27-də yayılan bəyanatla terror təşkilatları silahı buraxmaq və özlərini ləğv etməklə bağlı təlimat alıb: “Həmin müraciəti diqqətlə araşdırırıq. Mətndə olmayan bəzi məqamlar, o cümlədən atəşkəslə bağlı iddialar gündəmə gətirilir, ictimai rəy çaşdırmağa cəhd edilməməlidir. Bunu açıq şəkildə deyirəm: təxribata icazə verilməyəcək, təmkinli, ağıllı mövqe ortaya qoyulacaq”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin