Bu gün Od çərşənbəsidir
4 Mart 2025
23:48 - 3 Mart 2025
Pakistan və Əfqanıstan hərbçiləri arasında bu yaxınlarda bağlanan Torkham sərhəd-keçid məntəqəsində şiddətli toqquşma baş verib.
Manset.az Əl-Cəzirə-yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində 5 minə yaxın yük maşını sərt qış şəraitində sərhədin hər iki tərəfində qalıb.
Toqquşmada bir əfqan təhlükəsizlik zabiti həlak olub, ikisi isə yaralanıb. "Reuters" agentliyi mənbələrə istinadən Pakistan tərəfdən də yaralıların olduğunu açıqlayıb.
Xatırladaq ki, ötən ay Pakistan Torkham sərhəd-keçid məntəqəsini qonşu dövlət tərəfindən yeni sərhəd zastavasının tikintisi ilə bağlı mübahisəyə görə bağlayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin