Netanyahu İrana hücumun təfərrüatlarını açıqladı
19 Noyabr 2024
22:51 - 25 Noyabr 2021
"Brüsseldəki görüş zamanı Soçi görüşündə gözlənildiyi kimi heç bir qərar qəbul edilməyəcək”.
Manşet.az xəbər verir ki, bunu news.am-a müsahibəsində MDBMİ-nin baş elmi işçisi, rusiyalı tədqiqatçı və politoloq Nikolay Silayev noyabrın 26-da Soçidə keçiriləcək Putin-Əliyev-Paşinyan üçtərəfli görüşü və onun mümkün nəticələrini şərh edərkən bildirib.
"Düşünürəm ki, bu ilin yanvarında olduğu kimi hansısa üçtərəfli bəyanat qəbul ediləcək. Brüsseldə gözlənilən görüş bu görüş kimi hazırlanmamışdı. Brüsseldəki görüş zamanı Soçidəki görüşdə gözlənildiyi kimi heç bir qərar verilməyəcək, çünki Brüsseldəki görüş gözlənilmədən təşkil olunub. Bəli, orada görüşəcəklər, bir-birlərinə nəsə deyəcəklər, vəssalam, biz Soçi görüşündən konkret qərarlar gözləyirik. Soçi görüşünün elan edilməsi və baş tutması onu göstərir ki, bu istiqamətdə kifayət qədər intensiv iş aparılır, Brüssel görüşündə bu, nəzərə çarpmır”, - Silayev bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin