Bu oğlan sülh istəmir - Tramp Zelenskiyə söz atdı

23:45 - 3 Mart 2025

Bu oğlan sülh istəmir - Tramp Zelenskiyə söz atdı

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin müharibənin tezliklə sona çatmayacağı ilə bağlı sözlərinə münasibət bildirib.

 

Manset.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında paylaşım edib.

Ağ Ev rəhbərinin sözlərinə görə, bu, Zelenskinin verə biləcəyi “ən pis bəyanatdır”.

“Amerika buna uzun müddət dözməyəcək! Mən bunu deyirdim, bu oğlan nə qədər ki, Amerikanın dəstəyi var, sülhün olmasını istəmir”, – Amerika prezidenti yazıb.

Tramp vurğulayıb ki, Aİ ölkələri martın 2-də Londonda keçirilən sammitdə ABŞ olmadan Ukraynaya yardımın öhdəsindən gələ bilməyəcəklərini bəyan ediblər.


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin