Avropanın təhlükəsizliyi Türkiyəsiz MÜMKÜN DEYİL

23:20 - 3 Mart 2025

Avropanın təhlükəsizliyi Türkiyəsiz MÜMKÜN DEYİL

Türkiyənin Avropa İttifaqına üzvlük prosesi strateji prioritetdir.

 

Manset.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə iftar proqramında çıxışı zamanı deyib.

O qeyd edib ki, Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil:

"Türkiyənin layiq olmadığı Avropanın qlobal aktor olaraq mövcudluğunu davam etdirməsi getdikcə mümkünsüz hala çevrilir”.

Onun sözlərinə görə, bu gün dünyada “meşə qanunları” hökm sürür: “Təəssüf ki, güclü olanların zəifləri əzməsi nəticəsində yeni problemlər meydana çıxır. Bunun qarşısı alınmasa, hərbi və siyasi partlayışlar ola bilər. Problemlərin həllini zamana buraxaraq, gözlərimizi yumaraq, təhlükələrə laqeyd yanaşaraq heç bir yerə çıxa bilmərik”.


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin