Bu gün Od çərşənbəsidir
4 Mart 2025
21:45 - 3 Mart 2025
"Qarabağ Misli Premyer Liqasının XXV turunda "Sumqayıt"a qalib gəlib.
Manset.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş "köhlən atlar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində Kadi Borges (31), Leandro Andrade (38) fərqləniblər.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırda 60 xalla liderdir. "Gənclik şəhəri" təmsilçisi 22 xalla 8-ci pillədə qərarlaşıb.
Turun açılış qarşılaşmasında "Şamaxı" səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin