Bu gün Od çərşənbəsidir
4 Mart 2025
21:50 - 3 Mart 2025
ABŞ Ukrayna ilə faydalı qazıntılar üzrə sazişi bərpa etməyə hazırdır.
Manset.az xəbər verir ki, bunu ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uols “Fox News” telekanalına müsahibəsində deyib.
"Biz bu mineral sövdələşməni elan etmək üçün Konqresə getməyi planlaşdırırdıq. Əgər saziş cümə günü imzalansaydı, bunun bütün tərəflər və ən başlıcası, Ukraynanın özünü müdafiə edə bilməsi üçün zəhmətlə qazandıqları pulların çoxunu verən amerikalı vergi ödəyiciləri üçün çox müsbət addım olacağını danışardıq. Plan bu idi. Nə baş verəcəyini yaxın 48 saat ərzində görəcəyik", - Uols bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin