Qazaxıstan Universitetinin nümayəndə heyəti ADNSU-nun rektoru ilə görüşdü - FOTOLAR

18:35 - 3 Mart 2025

Qazaxıstan Universitetinin nümayəndə heyəti ADNSU-nun rektoru ilə görüşdü - FOTOLAR

Martın 3-də Qazaxıstanın Ş.Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin tədris işləri üzrə prorektoru Kayirbek Makulovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru,  dosent Rüfət Əzizovla görüşüblər.
 

Manset.az xəbər verir ki, ADNSU-nun müvafiq fakültə dekanlarının və şöbə müdirlərinin də iştirak etdiyi görüşdə mövcud imkanlar çərçivəsində əməkdaşlıq əlaqələrinin inkişafından, birlikdə elmi-tədqiqat işlərinin aparılmasından və ortaq elmi layihələrin icrasından bəsh olunub. Həmçinin, tələbə-müəllim mübadiləsi, beynəlxalq təcrübə proqramlarının tədrisdə tətbiq olunması kimi məsələlərlə də bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə yüksək potensiallı hər iki ali təhsil müəssisəsinin əmkdaşlığının müsbət nəticə verəcəyinə əminlik ifadə olunub.

ADNSU-ya səfər çərçivəsində qonaqlar universitetlə daha yaxından tanış olublar. Onlar Tarix muzeyində, “Kibertəhklükəsizlik laboratoriyası”nda olublar və ADNSU-nun elmi-tədqiqat potensialını yüksək dəyərləndiriblər.

 



Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin