Bu gün Od çərşənbəsidir
4 Mart 2025
16:30 - 3 Mart 2025
Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.
Manset.az yeni təyin edilən icraçı direktorun tərcümeyi-halını təqdim edir.
Şahin Babayev 1988-ci ildə anadan olub. 2006-2010-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb.
2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında, 2012-2021-ci ildə Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində çalışıb. 2023-cü ildə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin olunub.
O, 2024-cü ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsində çalışır.
Ailəlidir, rus və ingilis dillərini bilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin