Litva 74 gürcü məmurun ölkəyə girişini qadağan etdi

16:31 - 3 Mart 2025

Litva 74 gürcü məmurun ölkəyə girişini qadağan etdi

Litva hakimiyyəti 74 gürcü məmurun ölkəyə girişinə qadağa qoyub.

 

Manset.az-ın əldə etdiyi xəbərə görə, bu barədə Baltikyanı respublikanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İnsan hüquqlarının və əsas azadlıqların kobud və sistematik şəkildə pozulmasına, Sakartvelo sakinlərinə qarşı repressiyalara görə 74 nəfərin Litvaya girişinə icazə verilməyib”, - deyə məlumatda bildirilir.

Sanksiya siyahısına Konstitusiya Məhkəməsinin yeddi hakimi, digər kateqoriyadan olan hakimlər, prokurorlar və polis əməkdaşları daxildir.

2024-cü ilin dekabrında Vilnüs “Gürcü Arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili və daha 10 Gürcüstan vətəndaşının, o cümlədən daxili işlər naziri Vaxtanq Qomelaurinin və bir sıra təhlükəsizlik məmurlarının Litvaya girişini qadağan edib.


Xəbər xətti

3 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin