Sürücülərin nəzərinə! - Duman olacaq
3 Mart 2025
15:03 - 3 Mart 2025
Almaniya hakimiyyəti İsrail hökumətini Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa etməyə çağırıb və bildirib ki, İsrail-Fələstin münaqişəsinin hər iki tərəfi danışıqlar masasına qayıtmalıdır.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Berlində keçirdiyi brifinqdə bildirib.
"Almaniya hökuməti İsrail hökumətinin bütün humanitar yardımların Qəzzaya daxil olmasını dayandırmaq qərarını böyük narahatlıqla qarşılayır".
O vurğulayıb ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əsasən, İsrail əsas xidmətlərin maneəsiz şəkildə təmin edilməsini və Qəzzanın hər yerində humanitar yardımın çatdırılmasını təmin etməklə beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir.
"Biz İsrail hökumətini bütün növ humanitar yardımların Qəzzaya daxil olmasına məhdudiyyətləri dərhal aradan qaldırmağa çağırırıq. Qəzza zolağına humanitar yardımın maneəsiz çıxışı hər zaman təmin edilməlidir", - Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib. Onun sözlərinə görə, Fələstin HƏMAS hərəkatı “nəhayət, qalan girovların və onların ailələrinin iztirablarına və alçaldılmasına son qoymalı” və məhbusları dərhal azad etməlidir.
Almaniya Xarici İşlər Nazirliyi hər iki tərəfi danışıqlar masasına qayıtmağa və atəşkəs və girovların azad edilməsinə dair razılaşmanın davam etdirilməsini təmin etməyə çağırıb. "Bura [müqavilənin] birinci mərhələsinin mümkün uzadılması və ikinci mərhələyə, yəni uzunmüddətli atəşkəsə keçid daxildir. Bütün bunlar yeni girovların azad edilməsi, Qəzzada insanların vəziyyətinin yaxşılaşdırılması, həmçinin Qəzzanın yenidən qurulması və regionun dinc gələcəyi üçün lazımdır", - Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi yekunlaşdırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin