"Putin və Tramp son vaxtlar əlaqə saxlamayıb" - Peskov

14:43 - 3 Mart 2025

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında son vaxtlar heç bir əlaqə olmayıb.

 

Manset.az-ın məlumatına görə, Peskov bildiirb ki, onların ilk telefon danışığı fevralın 12-də olub.

Qeyd edək ki, fevralın 18-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətlərinin 2022-ci ilin fevralından bəri ilk görüşü baş tutub. Onlar digər məsələlərlə yanaşı, ikitərəfli münasibətlərin bərpasını və Ukrayna münaqişəsinin həlli üçün danışıqlar qruplarının yaradılmasını müzakirə ediblər. Fevralın 27-də iki ölkənin diplomatları İstanbulda görüşüblər və bunun ardınca ABŞ Aleksandr Darçiyevin Rusiyanın Vaşinqtondakı səfiri təyin edilməsinə razılıq verib.


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin