İsraildə atışma nəticəsində 5 nəfər yaralandı

12:48 - 3 Mart 2025

İsraildə atışma nəticəsində 5 nəfər yaralandı

İsrailin şimalında Hayfa şəhərində mərkəzi avtovağzalda insanlara hücum edən bıçaqla silahlanmış naməlum şəxs məhv edilib.

 

Manset.az-ın əldə etdiyi xəbərə görə, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

"Hayfa avtovağzalına hücum bıçaqlı silahdan istifadə edilib. Polis qüvvələri hadisə yerindədir. Terrorçu məhv edilib". 

Bildirilib ki, hadisənin baş verdiyi yer hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb. Hazırda hadisə yerində araşdırma aparılır.

Dövlət televiziyası Kanın məlumatına görə, hücum zamanı 5 nəfər yaralanıb. Qeyd olunub ki, hücum edən şəxs avtovağzalın mühafizəçisi tərəfindən vurulub.


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin