Məşhur müğənni prokurorluğa çağırıldı

12:01 - 3 Mart 2025

Məşhur müğənni prokurorluğa çağırıldı

Türkiyəli müğənni Özcan Dəniz prokurorluğu çağırılıb.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, buna səbəb sənətçinin lisenziyasız hovuzlar və əlavə qapalı sahələr tikdiyi, qaraj sahələrini yaşayış yerinə çevirdiyi iddiası olub.

Özcan Dəniz haqqında İstanbul Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb. Dənizin şübhəli olaraq ifadə vermək üçün martın 5-də ədliyyəyə çağırıldığı bildirilib.


Xəbər xətti

3 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin