4 yaşlı uşağa antibiotik vuruldu - Öldü

09:53 - 3 Mart 2025

4 yaşlı uşağa antibiotik vuruldu - Öldü

İmişlidə 4 yaşlı uşaq infeksiyadan şoka düşərək ölüb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Yalavac kəndində qeydə alınıb.

Hərarəti qalxan 4 yaşlı qıza kənd tibb məntəqəsində antibiotik vurulub. İynədən şoka düşən uşaq bir neçə dəqiqə sonra tibb məntəqəsində vəfat edib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbər xətti

3 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin