Azərbaycanda bu siqaretlər bahalaşdı - Yeni qiymət

08:59 - 3 Mart 2025

Azərbaycanda bu siqaretlər bahalaşdı - Yeni qiymət

Bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti artıb.

Manset.az xəbər verir ki, bu barədə Trend-ə məlumatı siqaret satışı ilə məşğul olanlar verib.

Bildirilib ki, artıq bu barədə siqaret satışı ilə məşğul olan şirkətlər onları məlumatlandırıb.

Məlumata görə, "LD", "Winston", və "Sobranie" (bir neçə çeşidinin) qiyməti 0,20 qəpik bahalaşıb.

"Kent" markalı siqaretlərin də bahalaşacağı gözlənilir.


Xəbər xətti

3 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin