Sürücülərin nəzərinə! - Duman olacaq
3 Mart 2025
23:50 - 2 Mart 2025
Böyük Britaniya Ukraynaya hərbi satınalmalar üçün əlavə 1,6 milyard funt-sterlinq və hava hücumundan müdafiə sistemləri üçün 5000-dən çox raket göndərəcək.
Manset.az Sky News-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer Londonda keçirilən sammitdən sonra mətbuat konfransında bildirib.
Hökümət başçısı qeyd edib ki, bu proses Britaniyanın müdafiə sektorunda da yeni iş yerləri yaradacaq.
"Avropa əsas yükü öz üzərinə götürməlidir, lakin ABŞ-nin də dəstəyi vacibdir. .Böyük Britaniya, Fransa və digər ölkələr Ukrayna ilə birgə işləməyə ona görə razılaşıb ki, münaqişəyə son qoyulsun", - hökümət başçısı vurğulayıb.
Qeyd edək ki, Londonda keçirilən sammitdə Ukraynada sülhün təmin edilməsi və Rusiyanın gələcək müdaxilələrinin qarşısının alınması üçün dörd əsas addım qəbul edilib. Razılaşmaya əsasən, müharibə davam etdiyi müddətdə Ukraynaya hərbi yardım artırılacaq və Rusiyaya qarşı iqtisadi təzyiqlər gücləndiriləcək.
Liderlər bildiriblər ki, uzunmüddətli sülh yalnız Ukraynanın suverenliyi və təhlükəsizliyi təmin edildikdə mümkündür. Sammit iştirakçıları, həmçinin Rusiyanın gələcəkdə Ukraynaya mümkün müdaxiləsinin qarşısını almaq üçün konkret tədbirlər görmək barədə razılığa gəliblər. Bununla yanaşı, Ukraynanın müdafiəsini və ölkədə sabitliyi təmin etmək məqsədilə “istəkli ölkələr koalisiyası” yaradılacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin