"Şər qüvvələri məğlub edəcəyik" - Vuçiç

21:25 - 2 Mart 2025

Serbiya ölkəmizə kənardan hücum edən və onu məhv etmək istəyən şər qüvvələrə tab gətirəcək və məğlub edəcək.

 

Manset.az xəbər verir ki, bunu Prezidenti Aleksandar Vuçiç ölkənin şərqindəki Krepolyina şəhərində vətəndaşlarla görüşündə deyib.

“Müxtəlif qüvvələr Serbiyaya qarşı mübarizədə birləşib. Ötən üç aydakı nümayişlər, hərəkətsizlik və blokadalar Serbiya iqtisadiyyatını məhv etdi. Biz bunun öhdəsindən gələcəyik, Serbiyanı ayağa qaldıracağıq. İnanıram ki, Serbiya bu il bütün Avropada artım tempinə görə ilk üç ölkədə olacaq. Bizə sağlam, dinamik işləyən və gələcəyə baxan Serbiya lazımdır”, - deyə ölkə başçısı bildirib.

Xatırladaq ki, ötən gündən Serbiyada tələbələr başda olmaqla minlərlə insan ölkənin üçüncü böyük şəhəri olan Nişdə etiraz aksiyası keçirir.


Xəbər xətti

3 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin