Azərbaycanda bu məmurlar cərimələnəcək
3 Mart 2025
18:40 - 2 Mart 2025
Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçkilərində iştirak edə bilər.
Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hüseyn Yayman Türkiyənin Antakya şəhərində çıxışı zamanı deyib.
O bildirib ki, 2027-ci ilin noyabrında ölkədə prezident seçkiləri keçiriləcək.
H.Yaymanın sözlərinə görə, başqa namizədə ehtiyac yoxdur.
Türkiyə konstitusiyasına görə, seçkinin keçiriləcəyi 2028-ci ildə o, artıq prezidentliyə namizəd ola bilməyəcək, lakin növbədənkənar seçki olacağı təqdirdə bu hüquqa sahib olacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin