Ukraynada təhsil almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO/FOTO

16:14 - 2 Mart 2025

Ukraynada təhsil almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO/FOTO

Xarkov Milli İqtisad Universitetinin rəhbərliyi Bakıda gənclərlə görüş keçirib və qəbul prosesi haqqında məlumat verib.

 

Manset.az xəbər verir ki, görüşdə Ukraynada təhsilin mühüm aspektləri və təhsil sahəsində geniş məlumat təqdim olunub.

"İNGEK" təhsil mərkəzinin rəhbəri Rüfət Mirzəyevin dediyinə görə, hal-hazırda Ukrayna və Ukraynada təhsil haqqında yanlış məlumatlar geniş yayılıb:

"Bu səbəbdən, bu tədbirə Ukraynadan rektor, prorektor və digər qonaqlar dəvət olunub. Onlar təhsil haqqında dəqiq və ətraflı məlumatlar vermək istəyirlər".

Universitet xarici vətəndaşlara ildə iki dəfə – payız və yaz fəslində  təhsil almaq üçün imkanlar yaradır.

Xarkov Milli İqtisad Universitetinin rektoru Vladimir Ponomarenkoya vurğulayıb ki, hazırda universitetləri 3 rejimdə fəaliyyət göstərir:

"Offline, online və qarışıq təlim. Xarkov Milli İqtisad Universitetində 7000-dən çox tələbə təhsil alır. Tədris ingilis və ukrayna dillərində aparılır. Ukraynada xarici tələbələrin təhsil mövqeyindən danışsaq, bizim universitetimiz ölkə üzrə 2-ci yeri tutur".

Universitetdə beynəlxalq iqtisadiyyat, hüquq, marketinq, maliyyə və kredit, kiber təhlükəsizlik, kompüter elmləri kimi vacib ixtisaslar və 72 təhsil proqramı mövcuddur.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)



Xəbər xətti

3 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin