Sürücülərin nəzərinə! - Duman olacaq
3 Mart 2025
16:24 - 2 Mart 2025
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində ağac kəsintisi faktı aşkar edilib.
Bu haqda Manset.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.
Kəsilmiş ağacların yerinə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin təşkilatçılığı və dəstəyi ilə ərazidə yaşayan sakinlərlə birgə yeni ağaclar əkilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin