Yüksək vəzifəyə təyin edilən Şahin Babayev kimdir?
3 Mart 2025
12:18 - 2 Mart 2025
Martın 4-də Ankarada Türkiyə ilə Böyük Britaniya arasında Suriya ilə bağlı siyasi məsləhətləşmələr aparılacaq.
Manset.az xəbər verir ki, bu barədə “Haber Global” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Nuh Yılmaz, Britaniya tərəfindən isə xarici işlər nazirliyinin Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə nümayəndəsi Hamiş Falkoner iştirak edəcək.
Məsləhətləşmələr zamanı Suriya ilə yanaşı, qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunacaq.
N.Yılmaz görüşdə qarşı tərəfə rəsmi Ankaranın Suriyanın təhlükəsizliyi, sabitliyi və iqtisadi vəziyyəti ilə bağlı fikirlərini və gözləntilərini çatdıracaq.
Həmçinin Suriyanın yenidən qurulması və iqtisadi inkişafı üçün heç bir ilkin şərt qoyulmadan sanksiyaların tamamilə ləğv edilməsinin vacibliyinin vurğulanması da nəzərdə tutulur.
Suriyanın gələcəyində terrora yer olmadığı vurğulanacağı danışıqlarda İsrailin bu ölkənin suverenliyini açıq şəkildə pozan və təhdid edən hərəkətlərinin dayandırılması zərurətinin müzakirə olunacağı gözlənilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin