İsrailə silah tədarükü sürətlənəcək

11:07 - 2 Mart 2025

İsrailə silah tədarükü sürətlənəcək

ABŞ dövlət katibi Marko Rubio İsrailə 4 milyard dollar dəyərində silah tədarükünün sürətləndirilməsi barədə göstəriş verib.

 

Manset.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Rubio, həmçinin ABŞ-nin əvvəlki prezidenti Cozef Baydenin administrasiyasının bəzi silah növlərinin İsrailə verilməsinə qoyduğu məhdudiyyətləri əsassız və siyasiləşdirilmiş adlandırıb.

O, vurğulayıb ki, bu, İsrailin Ağ Evdə Trampdan daha böyük müttəfiqinin olmadığının başqa bir göstəricisidir.

Qeyd edək ki, Bayden 2024-cü ilin mayında Qəzza zolağında mərmilərdən istifadənin mülki şəxslərə vura biləcəyi zərəri əsas gətirərək İsrailə müasir hava bombalarının tədarükünə qadağa qoyub


Xəbər xətti

3 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin