Ramazan ayının 3-cü gününün duası - İmsak və iftar vaxtı
3 Mart 2025
23:25 - 1 Mart 2025
Azərbaycanda kiçik kəndlər birləşdirilə bilər.
Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ötən il 4244 kənd yaşayış məntəqəsi olub. Kəndlərin 514-də əhalinin sayı 100 nəfərdən azdır, 94 kənddə isə əhalinin sayı 5000-dən çoxdur.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Azərbaycanda kiçik kəndlərin birləşdirilməsi iqtisadiyyatın inkişafı, infrastrukturun təkmilləşdirilməsi, təhsil və səhiyyə xidmətlərinin yaxşılaşdırılması, eyni zamanda təbii resursların səmərəli istifadəsi baxımından müsbət nəticələr verə bilər.
İqtisadçı Eldəniz Əmirov isə deyir ki, urbanizasiya prosesi nəticəsində gələcəkdə bəzi kəndlərdə əhalinin sayı daha da azala bilər. Bu baxımdan dünyanın bir çox yerlərində olduğu kimi, ölkəmizdə də kiçik, əhalisi az olan kəndlərin birləşdirilməsi gözləniləndir.
Daha ətraflı videomaterialda:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin