Ermənistanda futbol azarkeşləri polislə dava etdi

22:20 - 1 Mart 2025

Ermənistanda futbol azarkeşləri polislə dava etdi

Ermənistanın Çarentsavan şəhərində futbol matçı zamanı azarkeşlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında əlbəyaxa dava olub.

 

Manset.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat yayıb.

"Futbol meydançasında insident baş verib, lakin polis əməkdaşları hadisənin sonrakı inkişafının qarşısını ala biliblər. Beş nəfər izahat vermək üçün Çarentsavan polis şöbəsinə dəvət edilib", - Sarkisyan bildirib.

Hadisə ilə bağlı saxlanılan olmayıb. 


Xəbər xətti

3 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin