Metroda qatarın altına yıxılan uşaq möcüzəvi şəkildə sağ qaldı - ANBAAN VİDEO

22:00 - 1 Mart 2025

Metroda qatarın altına yıxılan uşaq möcüzəvi şəkildə sağ qaldı - ANBAAN VİDEO

Moskvada metro stansiyasında qorxulu hadisə baş verib.

 

Mnaet.az xəbər verir ki, 11 yaşlı məktəbli hərəkətdə olan qatarın altına düşüb. 

Rəsmi məlumata görə, uşaq təsadüfən ayaqqabısının bağına ilişərək tarazlığını itirib. Hadisəni görən qatar sürücüsü dərhal təcili əyləc sistemini işə salıb, lakin buna baxmayaraq uşaq birinci vaqonun altında qalıb.Hadisə yerinə dərhal Polis İdarəsinin əməkdaşları gəlib və uşağı relslərdən çıxararaq platformaya qaldırıblar. Xəstəxanaya çatdırılan məktəblinin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb və görüntülər paytaxt Daxili İşlər Nazirliyinin saytında yayımlanıb.

Həmin görüntüləri təqdim edirik:


Xəbər xətti

3 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin