Bu yolda sürət həddi BƏRPA EDİLDİ
1 Mart 2025
15:20 - 1 Mart 2025
Lənkəranda 10 kiloqram narkotik vasitə və silah-sursat aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Manset.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 37 yaşlı Ağa Ağayev saxlanılıb.
Həmin şəxsdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 10 kiloqram marixuana aşkarlanıb.
Araşdırmalarla A.Ağayevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib.
Həyata keçirilən digər tədbirlərlə isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 35 yaşlı Elşad Səfərov saxlanılıb. Ondan "Makarov" markalı tapança, 8 ədəd patron və daraq aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin