Səidə oğulluğu ilə efirə çıxdı - VİDEO

13:24 - 1 Mart 2025

Səidə oğulluğu ilə efirə çıxdı - VİDEO

Müğənni Səidə Dadaşova həyat yoldaşı Məhəmmədin (Maqa) ilk evlilikdən olan övladı Osmanı efirə çıxardıb.

 

Manset.az Axşam.az-a istinadən xəbər verir ki, onlar birlikdə "Xəzər axşamı" verilişinə qatılıblar.  Səid bilirib ki, həyat yoldaşının ilk ailəsi ilə münasibəti yaxşıdır:

"Bu uşağın yaraşığı onun başının bəlasıdır. O elə Osman kimi də Osmandır. O mənim həyat yoldaşımın birinci xanımının övladıdır. Osman mənimlə çalışır. Yəni getdiyim məkanlarda hər zaman yanımda olur. Oğlum Rafaellə münasibəti çox əladır. Onlar bir-biri ilə nəfəs alırlar".

Daha sonra Osman studiyaya gəlib "49 saylı orta məktəbin səkkizinci sinifində təhsil alıram" deyə, bildirib.

Qeyd edək ki, S.Dadaşovanın həyat yoldaşı Məhəmmədin Ömər adlı daha bir oğul övladı var. Səidə və Məhəmməd cütlüyünün Rafael adlı övladı var. 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Xəbər xətti

1 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin