Makrondan Tramp-Zelenski davasına REAKSİYA

23:59 - 28 Fevral 2025

Makrondan Tramp-Zelenski davasına REAKSİYA

Fransa Prezidenti Emmanuel Makron Ağ Evdə Trampla Zelenski arasında gərginliyə münasibət bildirib.

 

Manset.az xəbər verir ki, bu barədə o, Portuqaliyada jurnalistlərə açıqlama verib.

O qeyd edib ki, Rusiya təcavüzkardır, Ukrayna isə təcavüzə məruz qalan tərəfdir..

"Düşünürəm ki, biz 3 il əvvəl Ukraynaya kömək etmək və Rusiyaya sanksiya tətbiq etməkdə haqlı idik və bunu davam etdirməkdəyik. Biz... əvvəldən mübarizə aparanlara hörmət etməliyik", - Makron deyib.

Qeyd edək ki, Ağ Evdə ABŞ və Ukrayna Prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında gərginlik yaşanıb. Zelenski görüşü başa çatmadan Ağ Evi tərk edib.


Xəbər xətti

1 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin