Zirehli texnikaya Hökümənin adı verildi - VİDEO

22:53 - 28 Fevral 2025

Zirehli texnikaya Hökümənin adı verildi - VİDEO

Qazaxıstanda istehsal olunan hərbi xarakterli zirehli ambulans maşınına Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın adı verilib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə Qazaxıstan "Paramount Engineering and Weapon Systems Engineering"in təsisçisi, ölkənin İqtisadi Müstəqillik Hərəkatının Lideri Aybek Barış sosial media hesabında məlumat verib.

"Baxın bu ambulansın adı Hökümə Əliyevadır. O, Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin ekipaj üzvü idi.

Öz həyatının sonlanacağını bildiyi halda həyəcan keçirmədən, son ana kimi insanların həyatını xilas etmək üçün mübarizə aparan qəhrəman...

Buna görə, o, təkcə Azərbaycanın yox, bütün türk dünyasının qəhrəmanıdır. Bu ambulansın da məqsədi insanların həyatını xilas etməkdir. Hökümənin ruhu şad olsun! Hamımız sağlam və güvəndə olaq" , - sözlərini  deyib.

Milli Qəhrəmanın adı verilən həmin texnikanın görüntülərini təqdim edirik:


Xəbər xətti

1 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin