Tbilisi hava limanında təxliyə elan edildi

21:40 - 28 Fevral 2025

Tbilisi hava limanında təxliyə elan edildi

Tbilisi Beynəlxalq Hava Limanında təxliyə elan edilib.

 

Manset.az yerli KİV-ə istinadən xəbər verir ki, buna səbəb hava limanına bomba qoyulması ilə bağlı xəbərin daxil olmasıdır.

Hava limanından uçuşların müvəqqəti təxirə salındığı bildirilir.

Sərnişinlərdən səsgücləndiricilər vasitəsilə gözləmə zalını tərk etmələri istənilib.

Gürcüstan DTX-nın mətbuat xidməti təxliyənin təhlükəsizlik protokolu ilə əlaqəli olduğunu açıqlayıb.

İnsidentlə bağlı ölkənin Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti hələki əlavə açıqlama verməyib.


Xəbər xətti

1 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin