Tanınmış naşirin itkin düşən oğlu tapıldı - YENİLƏNİB

09:12 - 1 Mart 2025

Tanınmış naşirin itkin düşən oğlu tapıldı - YENİLƏNİB

Naşir Müşfiq Xanın oğlu Füzuli Fərziyev tapılıb.

 

Manset.az xəbər verir ki, bununla bağlı naşir öz sosial hesabında paylaşım edib.

****

Yazıçı Müşfiq Xanın oğlu itkin düşüb.

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə feysbuk hesabında yazıb.

“Oğlum Füzuli Fərziyevi axtarıram. Bu gün 16:15 radələrində metronun “Avtovağzal” stansiyasında olub. Sonra hara getdiyi haqqına məlumatımız yoxdur. Üzərində telefon yoxdur.  Onu görənlərdən (050) 243-14-53, (055)716-63-73 nömrələri ilə əlaqə saxlaması xahiş olunur”.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov sorğuya cavab olaraq bildirilib ki, axtarış elan edilib. Yeniyetmənin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.


Xəbər xətti

1 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin