"Dərin qar və şiddətli soyuqlarda döyüş" mövzusunda təlim - VİDEO

19:49 - 28 Fevral 2025

Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz piyada bölmələri ilə "Dərin qar və şiddətli soyuqlarda döyüş" mövzusunda təlim keçirilib.

 

Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin ssenarisinə əsasən, bölmələr şərti düşmənin təxribat-diversiya qrupunun zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

Kəşfiyyat məlumatları əsasında düşmən sığınacaqlarının koordinatları dəqiqləşdirildikdən sonra dəniz piyadaları dərin qarla örtülmüş meşəlik ərazidə təyin olunan istiqamətdə irəliləyiblər. Aşkar edilən "düşmən"in təxribat-diversiya qrupu yüksək peşəkarlıq nümayiş edirilməklə zərərsizləşdirilib.

Uğurlu döyüş əməliyyatlarında qazanılmış təcrübənin tətbiqi ilə əlverişsiz ərazi və sərt iqlim şəraitində şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulmuş tapşırıqlar yüksək səviyyədə icra edilib.


Xəbər xətti

1 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin