Bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti çətinləşdi
28 Fevral 2025
18:23 - 28 Fevral 2025
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar və Türkiyə tərəfindən Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətində iştirak edən Hacettepe Universiteti, İstanbul Texniki Universiteti (İTÜ) və Orta Şərq Texnik Universiteti (ODTÜ) rektorlarının iştirakı ilə Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 4-cü iclasında iştirak etmək və Türkiyə Respublikasının ali təhsil müəssisələrinin rektorları ilə görüşmək məqsədilə İstanbul şəhərində səfərdədir.
Manset.az xəbər verir ki, səfər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 27-də Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 4-cü iclasında iştirak edib.
Nümayəndə heyəti səfər zamanı Türkiyə Respublikasının Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar, o cümlədən Türkiyə Respublikasının Mərmərə Universitetinin rektoru Mustafa Kurt və İstanbul Texniki Universitetinin (İTÜ) rektoru Hasan Mandal ilə görüşüb.
Görüş çərçivəsində sözügedən universitetlərin qabaqcıl fakültələrinin maddi-texniki bazası və laboratoriyaları ilə yaxından tanışlıq olub, Qarabağ Universiteti də daxil olmaqla, bir sıra Azərbaycan universitetləri ilə əməkdaşlıq imkanları müzakirə edilib.
Bununla yanaşı, Türkiyədə doktorantura təhsili alan azərbaycanlı tələbələrlə də görüş keçirilib, tələbələrin gələcək akademik və elmi fəaliyyəti ilə bağlı imkanlar müzakirə edilib.
Qeyd edək ki, martın 2-dək davam edəcək səfər çərçivəsində universitet rektorları ilə növbəti görüşlərin keçirilməsi planlaşdırılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin