Bakıda ər-arvad spirtdən zəhərlənib öldü

17:15 - 28 Fevral 2025

Bakıda ər-arvad spirtdən zəhərlənib öldü

Bir müddət əvvəl Bakının Sabunçu rayonu ərazisində Emil Qasımov və arvadı S. İsmətovanın meyitlərinin tapılması barədə xəbər vermişdik.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, Emil Qasımovun metil spirtindən zəhərlənərək öldüyü qısa müddətdə üzə çıxsa da, qadının hansı səbəbdən ölməsi məlum deyildi.

Əldə etdiyimiz məlumata görə, araşdırma nəticəsində S. İsmətovanın da texniki spirtdən öldüyü üzə çıxıb.

Qeyd edək ki, bu gün Sabunçu rayonu ərazisində bir nəfərin metil spirtindən zəhərlənərək ölməsi barədə xəbər vermişdik.


Xəbər xətti

28 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin