Orban Ukraynanın Aİ-yə daxil olmasını ağlasığmaz hesab edir

12:19 - 28 Fevral 2025

Orban Ukraynanın Aİ-yə daxil olmasını ağlasığmaz hesab edir

Macarıstanın baş naziri Viktor Orban Ukraynanın dərhal Avropa Birliyinə daxil olmasının qəti əleyhinədir, lakin bunun gələcəkdə baş verə biləcəyini etiraf edir. 

 

Manset.az-ın əldə etdiyi məlumata görə, Macarıstan hökumətinin başçısı bildirib ki, hazırda Ukraynanın Aİ-yə daxil olması onun ölkəsinin maraqlarına tamamilə ziddir.

Orban vurğulayıb ki, o, Ukraynanın icmaya qəbul edilməsinə açıq etiraz edir. Eyni zamanda, o, bu vəziyyətin əbədi davam edəcəyini iddia etmir. "Tarixin nə gətirəcəyini kim bilir. Heç kim bilə bilməz, amma bir şeyi dəqiq deyə bilərəm ki, indi bu, ağlasığmazdır".


Xəbər xətti

28 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin