Fevralın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan Respublikasının mədəni mülkiyyətinin qanunsuz dövriyyəsi” mövzusunda aidiyyəti dövlət qurumları, hüquq mühafizə orqanları, ali təhsil müəssisələri, akademik dairələr və mütəxəssislərin iştirakı ilə dəyirmi masa keçirilib.
Manset.az xəbər verir ki, iştirakçıları salamlayan mədəniyyət naziri Adil Kərimli açılış nitqində bildirib ki, dəyirmi masanın əsas məqsədi mədəni mülkiyyətin qorunmasına cavabdeh qurumlar arasında koordinasiya üçün formatın müəyyən edilməsidir.
Qeyd olunub ki, Azərbaycanın mədəni mülkiyyətinin qorunmasının təməli Ulu öndər Heydər Əliyevin vaxtında qoyulub, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu sahədə dövlət nəzarəti və tənzimləməsini təmin etmək məqsədilə mühüm addımlar atılıb: mədəni irsin əhatə dairəsi, onun mühafizə mexanizmi və inkişafı ilə bağlı institusional baza yaradılıb, dövlətimiz mədəni irsin və mədəni mülkiyyətin qorunması ilə bağlı bütün vacib beynəlxalq konvensiyalara qoşulub, konvensiyaların müddəalarının daxili qanunvericilikdə düzgün əks etdirilməsi məqsədilə qanunvericilik bazası təkmilləşdirilmişdir.
Vurğulanıb ki, ölkəmizdə mədəni irsin qorunması işinin təkmilləşdirilməsi istiqamətində, o cümlədən tarixi abidələrin monitorinqi, inventarlaşdırılması, bərpa və konservasiyası, tarix-mədəniyyət qoruqlarının fəaliyyəti, abidələrə qanunsuz müdaxilələrin qarşısının alınması və digər məsələlərlə bağlı davamlı iş aparılır.
Nazir çıxışında Birinci Qarabağ müharibəsi vaxtı və işğal illərində mənfur ermənilər tərəfindən Qarabağ və Şərqi Zəngəzurda daşınar və daşınmaz mədəni irsimizin məhv edilməsi və qanunsuz çıxarılmasını xüsusi vurğulayıb. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışdan sonra mədəniyyətimizin dirçəlməsi və qorunması prioritet istiqamətlərdən olub. İşğal dövründə ermənilər tərəfindən Qarabağdan qanunsuz olaraq çıxarılmış mədəni sərvətlərin bir qismi Ümummilli liderin iradəsi ilə geri qaytarılıb: “Buna bariz nümunə olaraq Şuşada Azərbaycanın üç dahi şəxsiyyəti – Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın ermənilər tərəfindən güllələnmiş və sonradan əridilmə məqsədilə qanunsuz olaraq ölkədən çıxarılmış bürünc heykəllərinin üçüncü dövlətin ərazisində müəyyən edilərək Azərbaycana qaytarılmasını göstərə bilərik”.
Adil Kərimli mədəni irs də daxil olmaqla mədəni mülkiyyətin qorunması və qanunsuz dövriyyəsi ilə mübarizədə, habelə mədəni irsin bərpası və digər fəaliyyətin bütün mərhələlərində sahələrarası əməkdaşlığın, qurumlararası əlaqələndirilmiş fəaliyyətin və mədəni irsin qorunmasına vahid yanaşmanın zəruriliyini xüsusilə vurğulayıb. Bildirilib ki, müvafiq məlumat bazalarının, o cümlədən mədəni mülkiyyətin vahid reyestri, müxtəlif siyahılar, instutisional təcrübə və yaddaşın bütün əlaqədar qurumlar üçün əlçatanlığı, sahə üzrə davamlı informasiya mübadiləsi vacib əhəmiyyət kəsb edir.
Nazir çıxışının sonunda dəyirmi masanın işinə uğurlar arzulayıb.
Sonra Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Biznes hüququ komitəsinin sədri Nazlı Əhmədovanın Azərbaycan Respublikasının bu sahədə qoşulduğu universal konvensiyaların məzmunu və tətbiqinə həsr olunmuş “Mədəni mülkiyyətin qanunsuz dövriyyəsi: beynəlxalq hüquqi çərçivə” mövzusunda təqdimatı dinlənilib.
Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı “Mədəni mülkiyyətin qanunsuz dövriyyəsi ilə mübarizədə gömrük orqanlarının rolu”, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Seymur Fətəliyev “Mədəni irsimizin qorunması: 1954 və 1970-ci il konvensiyaları üzrə fəaliyyət”, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Mədəni İrs və Muzeylər Baş İdarəsinin müdir müavini Bülent Gönültaş “Türkiyənin mədəni mirasının qorunmasına və mədəni irs qaçaqmalçılığı ilə mübarizəyə dair siyasəti” mövzularında təqdimatlarla çıxış ediblər.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov təmsil etdiyi qurum tərəfindən mədəni mülkiyyətin qorunması istiqamətində həyata keçirilən işlərdən danışıb.
Daha sonra mədəniyyət nazirinin müavini Fərid Cəfərovun moderatorluğu ilə davam edən dəyirmi masada mövzu üzrə müzakirələr aparılıb.
Müzakirələrdə Nazirlər Kabineti, Baş Prokurorluq, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Vəkillər Kollegiyası və digər aidiyyəti qurumların nümayəndələri, həmçinin Mədəniyyət Nazirliyinin tabeliyindəki bir sıra mədəniyyət müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Çıxışlarda mədəni mülkiyyətin qorunmasında müasir yanaşmalar və çağırışlar, mədəni irsin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, o cümlədən geniş maarifləndirmə işi və s. məsələlər üzrə fəaliyyətin davam etdirilməsinin zəruriliyi vurğulanıb, səmərəli fikir mübadiləsi aparılıb.
İncəsənət Muzeyində dəyirmi masa keçirildi - FOTOLAR
10:19 - 28 Fevral 2025







Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

İçərişəhərdə Xəttatlıq sənətinə həsr olunmuş sərgi açıldı - FOTOLAR

Masallıda növbəti ustad dərsi keçirildi - FOTOLAR

“Müxtəlifliyə qucaq açaq” adlı sərgi keçirildi - FOTOLAR

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlandı

Əməkdar artistin səhhətində problem yarandı - Yeriyə bilmir

“Bu sahəni təkcə Cahangir düzəldə bilməz...”

"Cahangir Novruzov ölkəyə dəvət edilsin"

Adil Kərimli Bakıda qətərli həmkarı ilə görüşdü - FOTOLAR

Ölkəmiz "Türk dünyasının mədəniyyət paytaxtı – 2025” ilinin açılış mərasimində təmsil olundu

Mədəniyyət naziri Bakıda qəbul keçirdi - FOTOLAR

Hiss reklam qiymətini açıqladı - ŞOK RƏQƏM

Azərbaycanda aktyorlara hücum oldu
Xəbər xətti
- 16 Aprel 2025
- 19:54 Kavelaşvilinin Azərbaycana səfəri başa çatdı
- 19:51 Daha bir Avropa ölkəsi Fələstini tanıdı
- 19:33 Gürcüstan Prezidenti Milli Məclisdə oldu
- 19:14 Qrossi İranda səfərdədir
- 18:59 Bu il Azərbaycana 100-dən artıq avtobus gətiriləcək
- 18:42 Azərbaycanla Çin arasında saziş imzalanacaq
- 18:28 Kərim Vəliyev Slovakiyada səfərdədir
- 18:16 “O, Azərbaycanın dostu idi” - Prezidentdən başsağlığı
- 17:55 “Son 59 ildə ilk dəfə bu həddə yağıntı qeydə alınıb”
- 17:45 Sabah bu ərazilərdə qaz olmayacaq
- 17:35 ÇL-in oyunlarını yayımlayacaq kanallar
- 17:25 Bakı-Quba yolunu su basdı - VİDEO
- 17:18 İlham Əliyevdən mühüm SƏRƏNCAM
- 17:11 "İphone 16" "Apple" şirkətini yenidən zirvəyə daşıdı
- 17:00 Xınalıqda 71 sm qar yağdı
- 16:53 Kapital Bank 6 nominasiyada mükafatlandırıldı
- 16:48 Tarkana AĞIR İTKİ
- 16:45 Polis suya düşən sürücünü belə xilas etdi - VİDEO
- 16:41 İçərişəhərdə Xəttatlıq sənətinə həsr olunmuş sərgi açıldı - FOTOLAR
- 16:27 Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlığa dair müzakirələr aparıldı
- 16:25 Fillər hücum etdi - 2 nəfər öldü
- 16:24 TikTok-da #Novruz2025 ilk onlayn festivalının yekunları - FOTOLAR
- 16:17 Osimhenin əvəzinə 95 milyonluq ulduz gələ bilər - KİV
- 16:11 Yağışla bağlı zərər görən vətəndaşlara pul veriləcək? - AÇIQLAMA
- 16:04 Təcili yardım maşını da suda batdı - VİDEO/FOTO
- 15:50 Dönərlər belə ətlərdən hazırlanır - DİQQƏTLİ OLUN
- 15:45 “Landmark” biznes mərkəzi satıldı - İşçilər binaya buraxılmadı
- 15:30 Emil Pənahova yüksək vəzifə verildi - FOTO
- 15:20 Ağsuda güclü sel ekskavatoru aşırdı - ÖLƏN VAR
- 15:13 Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu
- 14:51 Fərhad Əhmədovun lüks maşınlarına həbs qoyuldu - SİYAHI
- 14:47 Yağıntılı hava ilə əlaqədar növbəti MÜRACİƏT
- 14:41 AFFA "Neftçi" və "Kəpəz"i cərimələdi
- 14:39 "Peşəkar jurnalistikanın möhkəmləndirilməsi istiqamətində dövlət mühüm səylər göstərir"
- 14:37 Birbank Visa taksit kartı sahibləri üçün əlavə keşbek imkanı - Birbankdan möhtəşəm yaz kampaniyası:
- 14:26 Bağırov körpüsü açıldı - Video
- 14:15 Məşhur jurnalist qurumlara SƏSLƏNDİ: "Bəlkə yığışıb Bakını xilas edək?!"
- 14:01 Dünyanın ən hündür körpüsü açılır
- 13:47 “Azərişıq” yağışın yaratdığı qəzaları aradan qaldırır - Fotolar
- 13:34 ABŞ Ukraynaya təzminat tələblərini azaltdı
- 13:19 Yağış bu tarixdə dayanacaq - PROQNOZ
- 13:16 Havaya görə bu sahədə işlər dayandırılmalıdır! - RƏSMİ
- 13:08 Gürcüstan Prezidenti İlham Əliyevə təşəkkür etdi
- 12:59 DİN gücləndirilmiş rejimdə çalışır - VİDEO
- 12:52 Yağışın fəsadları aradan qaldırılır - VİDEO
- 12:49 Dövlətlərarası arasında münasibətlər yüksək səviyyədədir
- 12:40 Boru kəməri partladı - Ölən və yaralanan var
- 12:28 Bakı “sel” altında - Eldar Əzizov hara baxır?
- 12:15 DYP-dən hərəkət iştirakçılarına MÜRACİƏT
- 12:14 Azərbaycan və Gürcüstan prezidentləri mətbuat bəyanatlarla çıxış edirlər
- 12:07 Mourinyonu əvəz edəcək baş məşqçi məlum oldu - İDDİA

