Azərbaycan nefti bahalaşdı

09:49 - 28 Fevral 2025

Azərbaycan nefti bahalaşdı

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,06 ABŞ dollar artıb.

 

Manset.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,06 ABŞ dolları, yaxud 1,41 % artaraq 76,24 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 


Xəbər xətti

28 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin